Pakistanda fabrikdə güclü partlayış olub, 15 nəfər ölüb


  • 15:17

Pakistanın Pəncab əyalətinin Faisalabad şəhərində yerləşən fabrikdə baş verən partlayışda 15 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

E-huquq.az "Dawn" qəzetinə istinadən xəbər verir ki, rəsmilər fabrikdəki partlayışın qaz sızması nəticəsində baş verdiyini və nəticədə yanğının ətrafdakı binalara keçdiyini bildirib.

Partlayış nəticəsində ərazidəki 7 evə ziyan dəyib, fabrikin və ona bitişik evlərin damları uçub.

Hadisə ilə bağlı istintaq komissiyasının yaradıldığı açıqlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər