- 15:54
Rusiya ordusu gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə hava zərbələri endirib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Zaporojya şəhərinə hücum zamanı 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
Çerniqov vilayətinə edilən pilotsuz uçuş aparatları (PUA) nəticəsində 1 nəfər həyatını itirib.
Odessa bölgəsinə hücum zamanı isə 5 nəfər yaralanıb.
Ukrayna Ordusu Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada, Rusiyanın gecə boyu 115 PUA ilə hücum təşkil etdiyi bildirilib.
Humay Eminqızı