- 18:22
Belçikanın Şarlerua hava limanı noyabrın 26-na planlaşdırılan bütün uçuşları ləğv edib.
E-huquq.az xəbər verir ki, bu barədə Şarlerua Hava Limanından verilən açıqlamada bildirilib.
Məlumata görə, noyabrın 26-da Belçikada tətil keçiriləcək və hava limanı işçiləri də tətilə qoşulacaq.
Bununla əlaqədar olaraq hava limanında əməliyyatların təhlükəsiz şəkildə həyata keçirilməsi üçün kifayət qədər işçi olmayacağı, bu səbəbdən uçuşların ləğv ediləcəyi bildirilib.
26 noyabrda planlaşdırılan uçuşlar üçün seçimləri müzakirə etmək məqsədilə sərnişinlərlə əlaqə saxlanılacaq.
Qeyd edək ki, Brüssel Hava Limanının rəhbərliyi də dünən oxşar qərar qəbul edib. Belçikada həmkarlar ittifaqları hökumətin sərt qənaət tədbirlərinə qarşı noyabrın 24, 25 və 26-da "Noyabr Çağırışı" adı altında üç günlük tətil keçirməyə qərar verib.
Humay Eminqızı