- 18:22
Hindistanın paytaxtı Yeni Dehlidə hava keyfiyyəti son 8 gün ərzində çox pis səviyyədədir.
E-huquq.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Yeni Dehlinin 24 saatlıq orta hava keyfiyyəti indeksi dəyəri 370 olaraq ölçülüb.
Bazar ertəsi havanın keyfiyyəti 351, çərşənbə axşamı 374, çərşənbə günü isə 392 olub.
Mütəxəssislər havanın çirklənməsi ilə bağlı vəziyyəti ictimai sağlamlıq üçün fövqəladə vəziyyət kimi qiymətləndiriblər.
Xəstəxanalarda tənəffüs və hava çirkliliyinə bağlı halların 10-15 faiz artdığı bildirilib.
Humay Eminqızı