Alyaskada Günəş iki ay görünməyəcək


  • 17:35

ABŞ-nin Alyaska ştatında yerləşən Barrou şəhərində Günəş iki ay müddətinə üfüqdən yuxarı qalxmayacaq.

E-huquq.az xəbər verir ki, Şimal Qütb dairəsində yerləşən bu şəhərdə ilin müəyyən dövrlərində Günəş batmır, digər vaxtlarda isə aylarla doğmur.

Sonuncu gün batımı 18 noyabr saat 13:38-də qeydə alınıb.

Günəşin növbəti doğuşu isə 22 yanvar 2026-cı ilə planlaşdırılır.

Humay Eminqızı

Oxşar xəbərlər