Fələstində 16 mindən çox xəstənin tibbi evakuasiyaya ehtiyacı var


  • 17:40

Fələstində 16 500-dən çox xəstənin hələ də tibbi evakuasiyaya ehtiyacı var.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstindəki nümayəndəsi Rik Peeperkorn məlumat verib.

Atəşkəsə baxmayaraq Qəzzada ehtiyacların böyük olduğunu qeyd edən Peeperkorn bildirib ki, Qəzzada 36 xəstəxananın yarısı qismən fəaliyyət göstərir.

"Atəşkəsdən sonra 26 sağlamlıq xidməti məntəqəsi yenidən açılıb. Səkkiz yeni sağlamlıq xidməti məntəqəsi yaradılıb. Qəzzanın şimalında ən azı 200 nəfərin yaşadığı yerdə əməliyyat xəstəxanası yoxdur" deyə - o bildirib.

Qurum rəsmisi qeyd edib ki, ÜST atəşkəs başlayandan bəri Qəzzaya 2050 palet tibbi ləvazimat çatdıra bilib və Fələstin Səhiyyə Nazirliyinin hazırda 622 əsas dərmandan 343-ü yoxdur.

Qəzzaya daha çox yardımın çatdırılmasının vacibliyini vurğulayan Peeperkorn, əməliyyatların və təchizatların artırılması üçün bütün sərhəd keçidlərinin və marşrutların açılmasına barədə çağırış edib.

ÜST rəsmisinin sözlərinə görə, Qəzza zolağında peyvəndləmə kampaniyasının birinci mərhələsi dünən başa çatıb. ÜST, UNICEF, UNRWA və onların tərəfdaşları tərəfindən Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən kampaniya çərçivəsində 9-20 noyabr tarixləri arasında 13700-dən çox uşaq peyvənd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər