- 18:22
Hindistanın Karnataka əyalətinin paytaxtı Bengaluru şəhərində özlərini Hindistan Mərkəzi Bankının (HMB) əməkdaşı kimi təqdim edən bir qrup şəxs 70 milyon rupi (800 min dollar) oğurlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə gündüz saatlarında, şəhərin mərkəzində baş verib.
Polis rəsmisi Seemant Kumar Singhin bildirib ki, 6 nəfər avtomobillə pul daşıyan nəqliyyat vasitəsinin qarşısını kəsiblər. Həmin vaxt nəqliyyat vasitəsində 4 nəfər olub.
Soyğunçular məmurlara Mərkəzi Bankın nümayəndəsi olduqlarını və daşınan pulun sənədlərini yoxlamalı olduqlarını bildiriblər. Dəstə kassirə və mühafizəçilərə silahlarını maşında qoymalarını əmr edib. Pulu oğurladıqdan sonra şübhəlilər öz avtomobillərinə minərək hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı araşdırma başladılıb.
Qeyd edək ki, may ayında ştatın digər bankından 59 kq qızıl oğurlanıb.
Humay Eminqızı