Nigeriyada təhlükəsizlik səbəbindən məktəblər bağlanıb


  • 17:59

Nigeriyanın Kvara əyalətində məktəblər bağlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə əyalət komissarı Lawal Olohungbebe məlumat verib.

Buna səbəb, təhlükəsizlik qüvvələrinin bölgədə fəaliyyət göstərən silahlı qruplara qarşı əməliyyatlarını davam etdirərkən, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə bütün məktəblər bağlanıb.

Qeyd edək ki, noyabrın 16-da naməlum şəxslər Nigeriyanın şimal-qərbindəki Kebbi əyalətində Maqa Hökumət Qızlar Orta Məktəbinə hücum ediblər. Nəticədə 25 şagird oğurlanıb, məktəbin direktor müavini və mühafizəçi güllələnib.

Humay Eminqızı

Oxşar xəbərlər