- 17:59
Ukraynanın Odessa şəhərində ticarət mərkəzlərindən birində partlayış baş verib.
E-huquq.az xəbər verir ki, ilkin məlumata görə bir nəfər ölüb.
“İlkin araşdırmalar bir nəfərin öldüyünü və daha bir nəfərin xəsarət aldığını göstərir. Ərazidə fövqəladə hallar xidmətinin əməkdaşları fəaliyyət göstərir. Hadisənin baş vermə şəraiti araşdırılır”, - Milli Polis Kommunikasiyalar Şöbəsindən bildirilib.