- 21 Noyabr 22:35
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə Vaşinqtonun münaqişənin həlli ilə bağlı planını qəbul etməkdən başqa yol qalmayacaq.
E-huquq.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
“Biz hesab edirik ki, sülhə nail olmağın bir yolu var, o, bu planı qəbul etməli olacaq”, - Tramp bildirib.
ABŞ lideri həmçinin qeyd edib ki, əgər Zelenski planı qəbul etməsə, Vaşinqtonun Kiyevə dəstəyinin dayanıb-dayanmayacağı ilə bağlı suala açıq qalır.
“Gec-tez onun nəsə qəbul etməsi lazım gələcək”, - Tramp deyib.
Trampın sözlərinə görə, Ukrayna tərəfi hazırkı vəziyyətdə daha sürətli hərəkət etməli idi.