Husilər casusluqda təqsirli bilinən 17 nəfəri ölüm cəzasına məhkum edib


  • 08:00

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nəzarətində olan paytaxtı Səna şəhərində cinayət məhkəməsi Səudiyyə Ərəbistanı, ABŞ, Böyük Britaniya və İsrailin xeyrinə casusluqda ittiham olunan 17 nəfəri güllələnmə yolu ilə ölüm cəzasına məhkum edib.

E-huquq.az xəbər verir ki, bu barədə yerli SABA xəbər agentliyi hökmə istinadən məlumat yayıb.

"Paytaxtın ixtisaslaşdırılmış cinayət məhkəməsi 17 nəfəri casusluqda və Amerika, İsrail və Səudiyyə Ərəbistanı kəşfiyyat orqanlarında işləmək ittihamı ilə edam cəzasına, daha iki nəfəri isə on il müddətinə azadlıqdan məhrum edib", - deyə hökmdə bildirilir.

Məhkəmə həmçinin məhkumlara "hədə-qorxu və qisas tədbiri olaraq ictimai yerdə güllələnmə" hökmü çıxarıb.

Oxşar xəbərlər