- 11:33
Türkiyənin İzmir şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, fəhlələri daşıyan mikroavtobusla digər bir avtobus Turqutlu-İzmir avtomobil yolunda toqquşub.
Qəza yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən və polis qrupları göndərilib.
Avtobus və mikroavtobusda olan 13 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşını ilə Kemalpaşa və Turqutlu xəstəxanalarına aparılıb.
Şəbnəm Mehdizadə