Əsgərlərin səhvi ABŞ və Meksika arasında gərginlik yaradıb


  • 10:56

ABŞ əsgərlərinin səhvi Meksika və ABŞ arasında gərginliyə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, əsgərlər Meksika sərhədindəki çimərlikdə həm ispan, həm də ingilis dillərində lövhələr qoyublar. Həmin lövhələrdə üzərində Müdafiə Nazirliyinə aid olan bu torpaq komandanlığın qərarı ilə qadağan olunmuş ərazi kimi müəyyən edildiyi qeyd edilib.

Əsgərlərin bu səhvindən sonra Meksika Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda ABŞ Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin çimərlikdə qoyduğu 6 işarənin silindiyi qeyd olunub.

ABŞ və Meksika arasında bu qalmaqallı hadisə tez bir zamanda sosial media platformalarında yayılıb. Pentaqon səhvini etiraf edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Meksika körfəzinin adının "Amerika Körfəzi” olaraq dəyişdirilməsi barədə göstəriş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər