İsrail əsgəri Qəzzalı əsirlərlə bağlı işgəncə faktlarını etiraf edib


  • 11:09

İsrail ordusunun ehtiyatda olan əsgəri İsrailin cənubundakı Sde Teyman həbsxanasında Qəzzalı mülki vətəndaşların ağır işgəncə və pis rəftara məruz qaldığını etiraf edib.

E-huquq.az xəbər verir ki, Almaniyanın "Morgenpost" qəzetinə danışan və adının açıqlamayan əsgər qeyd edib ki, orada məhbuslar 24 saat bağlı saxlanılır və sistematik zorakılığa məruz qalır.

O, "İsrail Quantanamosu" kimi tanınan Sde Teimandakı şəraitin heç də mübaliğə olmadığını və vəzifədə olduğu müddətdə qisas mühitinin hökm sürdüyünü bildirib.

Komandirlərin məhbuslara qarşı zorakılığı təşviq etdiyini vurğulayan keçmiş əsgər, pərdədən baxmağa çalışan bir fələstinlinin ölümcül döyüldüyünü və təcavüzə uğradığını bildirib.

İnsan Haqları üçün Həkimlər Təşkilatının üzvü (PHRI) Oneg Ben Dror həmin həbsxanada cinsi zorakılıq hallarının çox olduğunu deyib.

Qəzetdə məhbuslara işgəncə kimi qida məhdudiyyətlərinin qoyulduğu da vurğulanıb.

İsrailin Beynəlxalq Qızıl Xaç Komitəsinin həbsdə olan fələstinlilərə baş çəkməsinə icazə vermədiyi, dinləmələrin videobağlantı vasitəsilə aparıldığı üçün məhbusların fiziki vəziyyətinin hakimlərə görünmədiyi qeyd edilib.

İsrailin baş naziri Binyamin Netanyahunun həbsxanalarda sistematik pis rəftar iddialarına cavab verməyib.

BMT-nin İşgəncələr Əleyhinə Komitəsi keçən həftə fələstinlilərə, o cümlədən uşaqlara qarşı sistematik işgəncə və pis rəftarla bağlı hesabatlardan dərin narahatlığını ifadə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər