Malayziyada azyaşlıların sosial media hesabı açması qadağan edilir


  • 11:23

Malayziyada azyaşlıların sosial media hesabı açması qadağan edilir.

E-huquq,az xəbər verir ki, bu barədə Malayziyanın Rabitə naziri Fəhmi Fadzil məlumat verib.

Nazir bildirib ki, 2026-cı ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Onun sözlərinə görə, qərarın qəbul edilməsində məqsəd uşaqların onlayn təhlükəsizliyini gücləndirməkdir.

Nazirin valideynlərə övladlarının mobil cihazlarla qarşılıqlı əlaqəsinə nəzarət etməsi üçün çağırış edib.

Beləliklə bundan sonra Malayziyada bütün platformalarda hesab yaradarkən istifadəçi yaşını yoxlamaq tələb olunacaq və bu yoxlama rəsmi şəxsiyyət vəsiqələri və ya pasportlardan istifadə edilməklə aparılacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər