- 12:56
Sloveniyada keçirilən referendumda əhalinin 53 faizi evtanaziyanın leqallaşdırılması barədə qanuna etiraz edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Sloveniya Seçki Komissiyasının açıqladığı ilkin qeyri-rəsmi nəticələrə görə, artıq səslərin 98 faizi hesablanıb.
İctimaiyyətin 53,3 faizi qanunun əleyhinə, 46,7 faizi isə lehinə səs verib.
Referendumun qeyri-rəsmi nəticələrinə görə qanunun qəbul edilməyib.
Rəsmi nəticələrin dekabrın 4-dən sonra açıqlanacağı gözlənilir.
Qeyd edək ki, evtanaziyanın leqallaşdırılması barədə qanun layihəsi iyul ayında Sloveniya Parlamenti tərəfindən qəbul edilib. Parlamentdə keçirilən səsvermə zamanı sözügedən qanunun lehinə 50 deputat səs verib, 34 nəfər tibbi dəstəkli intiharın leqallaşdırılmasına qarşı çıxıb, 3 nəfər bitərəf qalıb. Ölkədə çoxlu müzakirələrə səbəb olan qanun dözülməz əzab çəkən və sağalma ümidi olmayan ölümcül xəstəlikdən əziyyət çəkən yetkin şəxslərə şamil edilir. Namizədlərin uyğun hesab olunması üçün onların ruhi baxımdan sağlam olması və mövcud müalicə imkanlarını artıq tükətməsi tələb olunur.
Şəbnəm Mehdizadə