- 13:42
Türkiyənin Konya əyalətinin Beyşehir rayonunda şagirdləri daşıyan avtobus qəzaya uğrayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Huğlu məhəlləsindən şagirdləri Beyşehirə aparan avtobus Kayabaşı məhəlləsi yaxınlığındakı aşıb.
Qəza nəticəsində 29 nəfər yaralanıb.
Hazırda onların vəziyyəti yaxşı qiymətləndirilir.
Faktla bağlı araşdırma başladılıb.
Humay Eminqızı