Londonda turistlər üçün yeni vergi tətbiq edilir


  • 12:52

İngiltərənin London şəhərində turistlərdən yeni adda vergi tutulacaq.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hökumətin təklif etdiyi "Devolution və Community Powerment" aktına əsasən yerli hakimiyyət orqanlarına Londonda qalan turistlərdən "turist vergisi" tutmaq səlahiyyətinin veriləcəyi gözlənilir.

London meri Sadik Xanın uzun müddətdir tələb etdiyi tənzimləmə həyata keçirilsə, paytaxtda turist vergisinin hər il təxminən 240 milyon funt-sterlinq gəlir gətirə biləcəyi təxmin edilir.

Qeyd edək ki, Böyük Britaniya G7 ölkələri arasında yerli səviyyədə turist vergisi tətbiq etməyən yeganə ölkədir. Yeni verginin infrastruktur və iqtisadi inkişafa dəstək verəcəyi bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər