ABŞ-də bir nəfər quş qripindən ölüb


  • 13:31

ABŞ-nin Vaşinqton ştatında bir nəfər quş qripindən ölüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vaşinqton Dövlət Səhiyyə Departamenti məlumat yayıb.

Səhiyyə rəsmiləri bildiriblər ki, H5N5 virusuna yoluxan şəxs bu ayın əvvəlindən xəstəxanaya yerləşdirilib.

Vaşinqton Universiteti tərəfindən aparılan testlər nəticəsində xəstədə H5N5 quş qripi olduğu təsdiqlənib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) də nəticələri təsdiqləyib.

CDC məlumatlarına görə, bu il ABŞ-də 70-dən çox insan quş qripi hadisəsi qeydə alınıb.

Yanvar ayında Luiziana ştatında H5N1 virusundan bir nəfər ölüb.

Qeyd edək ki, bu, dünyada quş qripinin həmin ştammına yoluxma nəticəsində baş verən ilk ölüm hadisəsidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər