- 15:39
Belçikada hökumətin sərt qənaət tədbirlərinə etiraz olaraq fəhlələr tətilə çıxıblar.
E-huquq.az xəbər verir ki, hökumətin işsizlik və pensiyalar kimi sosial xərcləri azaltmağa yönəlmiş qənaət siyasəti ölkədə geniş narazılığa səbəb olub.
“Noyabr çağırışı” adı altında keçirilən üçgünlük tətil dalğası çərçivəsində 24 noyabrda dəmir yolu və ictimai nəqliyyat işçiləri, 25 noyabrda ictimai sektor əməkdaşları, 26 noyabrda isə bütün sektorları əhatə edən ümumi tətil keçiriləcək.
Tətilin ilk günü nəqliyyat sahəsində iflicə səbəb olub.
Brüsseldə əksər metro, avtobus və tramvay xətləri fəaliyyətini dayandırıb.
Sabah məktəb, uşaq bağçaları, xəstəxanalar və bələdiyyələrdə çalışanların aksiyaya qoşulacağı gözlənilir. Bu səbəbdən ölkə üzrə dövlət xidmətlərinin fəaliyyətində ciddi fasilələr baş verəcək.
26 noyabrda isə Brüssel və Şarlerua hava limanlarında çalışan işçilərin tətilə qoşulması nəticəsində Şarlerua hava limanından bütün reyslər ləğv edilib.
Şəbnəm Mehdizadə