İsrailin hücumları nəticəsində daha 4 fələstinli həlak olub


  • 15:43

İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağında həyata keçirdiyi hücumlarda 4 fələstinli həyatını itirib.

E-huquq.az xəbər verir ki, İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunus bölgəsindəki Beni Süheyla qəsəbəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edib.

Hücumdan sonra iki fələstinlinin cəsədi xəstəxanaya gətirilib.

İsrail snayperləri Qəzza şəhərinin Tuffah məhəlləsində dinc sakinləri hədəf alıb. Snayper hücumu nəticəsində iki fələstinli həlak olub.

Məhəllənin atəşə tutulması nəticəsində bir fələstinli yaralanıb.

İsrail döyüş təyyarələri Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunis rayonlarında bir neçə məntəqəni bombalayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər