Gənclər kibertəhlükəsizliyi zəif parollarla riskə atır - ARAŞDIRMA


  • 15:47

Alimlərin apardığı yeni araşdırmalara görə, 1997-ci ildən sonra doğulan şəxslər sosial media hesablarında ən zəif parollardan istifadə edirlər.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat "NordPass" şirkətinin dərc etdiyi hesabatda yer alıb. Məlum olub ki, bu yaş qrupunda ən çox istifadə edilən parol “12345”dir. Siyahıda "password" (parol) sözü isə beşinci yeri tutur.

Əvvəlki nəsillər arasında, xüsusilə 1946-1964-cü illərdə doğulanlar arasında ən populyar parol “123456” olub.

Tədqiqatçılar gənclərin kiberriskləri daha yaxşı qavradığını düşünsələr də, nəticələr bunun əksini göstərib. Sorğu zamanı müəyyən edilib ki, gənclərin 72 faizi eyni parolu bir neçə platformada istifadə edir. Bu göstərici yaşlılar arasında 42 faizdir.

Araşdırma ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya və Avstraliyada aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər