Yaponiyada sahibsiz əmlakların aşkarlanması üçün süni intellektdən istifadə olunur


  • 15:57

Yaponiyada daşınmaz əmlak şirkətləri tərk edilmiş mənzillərin artması ilə mübarizə aparmaq üçün peyk görüntüləri və süni intellekt texnologiyalarından istifadə etməyə başlayıb.

E-huquq.az xəbər verir ki, bu sahədə qabaqcıl addım Tokioda fəaliyyət göstərən "Where Inc." şirkəti tərəfindən atılıb.

Şirkət Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) spin-off layihəsi ilə əməkdaşlıq edərək, yaşayış yerlərinin tərk edilib-edilmədiyini peyk görüntüləri və AI alqoritmləri vasitəsilə müəyyən edir.

Süni intellekt korroziya səviyyəsi, rəng dəyişikliyi və digər vizual göstəriciləri analiz edərək tərk edilmiş evləri aşkarlayır. Sonra bu məlumatlar topoqrafik və statistik bilgilərlə birləşdirilərək əmlakın yeni bazar dəyəri hesablanır.

Layihə yalnız tərk edilmiş evlərin müəyyənləşdirilməsinə deyil, həm də onların gələcək istifadəsi üçün alternativ sahələrin (məsələn, günəş panelləri və ya dayanacaqlar) təyin edilməsinə imkan yaradır.

Daşınmaz əmlak agenti Yasue Kotaro bildirib ki, bu texnologiya sayəsində 10 ildən artıqdır istifadəsiz qalan bir evi cəmi 1 yenə əldə edib. O bildirib ki, əvvəllər bu tip evləri tapmaq üçün saatlarla araşdırma aparmalı olurdu. 2024-cü ildən geniş istifadəyə verilən bu sistem artıq 50-yə yaxın yerli şirkətlə əməkdaşlığa başlayıb. Rəsmi məlumatlara görə, Yaponiyada təxminən 9 milyon tərk edilmiş ev mövcuddur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər