Məzmuna keç

Makron: “Fransanın gəncləri Ukraynaya döyüşməyə göndərmək fikri yoxdur”

Fransada müzakirə olunan milli hərbi xidmət islahatının fransız gənclərinin Ukrayna münaqişəsi zonasına göndərilməsinə səbəb ola bilməz.

E-huquq.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Biz silahlı qüvvələrlə dövlət arasında əlaqəni gücləndirməliyik. Lakin biz gənclərimizi Ukraynaya göndərəcəyimizlə bağlı hər hansı yanlış təsəvvürü aradan qaldırmalıyıq”, – Makron söyləyib.

Humay Eminqızı