“Bu, Azərbaycanın hava nəqliyyatı üçün yeni perspektivlər açır”


  • 11:26

“Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu durmadan artır”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən iclasında Azərbaycanın bir sıra ölkələrlə vizadan qarşılıqlı azadetmə haqqında imzaladığı sazişlərin təsdiqi ilə bağlı müzakirələr zamanı bildirib.

“Nüfuzlu pasport yalnız nüfuzlu ölkənin vətəndaşlarında olur. Hazırda biz 7 ölkəyə vizasız giriş hüququ əldə etmişik. Bu isə Azərbaycanın hava nəqliyyatı üçün yeni perspektivlər açır”, - deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər