Məzmuna keç

Makron Ukrayna ilə bağlı ABŞ planının təkmilləşdirilməsinin zəruriliyinə işarə edib

"ABŞ tərəfindən təklif olunan Ukrayna münaqişəsinin həlli planı doğru istiqamətdə atılmış addımdır".

E-huquq.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

Onun fikrincə, bununla belə, planda müzakirə olunmalı və təkmilləşdirilməli məqamlar mövcuddur.

Makronun sözlərinə görə, plan ABŞ-nin Rusiya ilə apardığı müzakirələr nəticəsində yenidən sülhə cəhd etmək istəyinə əsaslanır.

Onun fikrincə, Ukrayna ərazi, dil, konstitusiya və sairlə bağlı hansı güzəştlərə getməyə hazır olduğunu deməlidir.

Humay Eminqızı