Makron Ukrayna üçün əsas təhlükəsizlik zəmanətini açıqladı


  • 12:04

Ukraynanın əsas təhlükəsizlik təminatı onun öz ordusu olmalıdır.

E-huquq.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Ukrayna ordusunun özünü müdafiə etmək və istənilən təcavüzün qarşısını almaq imkanları məhdud olsa, davamlı sülh ola bilməz. Ona görə də ukraynalılar və bizim üçün təhlükəsizliyin əsas təminatı güclü ordudur ”, - Makron bildirib.

Fransa lideri həmçinin Ukraynada qismən fransız hərbçilərindən ibarət təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinin tərəfdarı olub.

Humay Eminqızı

Oxşar xəbərlər