Yaponiyada 5,5 bal gücündə zəlzələ oldu


  • 13:39

Yaponiyanın cənub-qərbində 5,5 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 680 min insanın yaşadığı Kumamoto şəhərindən 38 kilometr şərqdə yerləşib.

Təkanların ocağı 22 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi bildirilməyib.

Humay Eminqızı

Oxşar xəbərlər