İstanbulda saxta ev elanları ilə dələduzluq edən 6 nəfər həbs olunub


  • 13:36

Türkiyənin İstanbul şəhərində 2.9 milyon lirə məbləğində dələduzluqda təqsirləndirilən 6 nəfər saxlanılıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Sarıyer qəsəbəsində internet saytlarında saxta ev satışı elanları yerləşdirərək dələduzluq etməkdə təqsirli bilinən 6 şübhəli polis tərəfindən saxlanılıb.

Şübhəlilərin rəqəmsal satış tətbiqləri ilə yaradılan saxta ev satışı elanları vasitəsilə vətəndaşlardan ümumilikdə 2,9 milyon məbləğində dələduzluq etdikləri məlum olub.

Ünvanda aparılan axtarış zamanı 14 mobil telefon, 20 sim kart, iki noutbuk ələ keçirilib.

Şübhəlilər məhkəmə qərarı ilə həbs edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər