- 14:20
Almaniyada əhalinin böyük əksəriyyəti hökumətin İsrailə hərbi dəstəyinin əleyhinədir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Körber Fondu və Forsa İctimai Rəyi Araşdırma İnstitutunun sifarişi ilə keçirilən sorğuda almanların 82 faizi İsrailin Qəzzaya hücumlarına hərbi dəstək verilməsinə qarşı olduqlarını bildirib.
Respondentlərin yalnız 15 faizi İsrailə hərbi dəstəyi təsdiqləyib.
Sentyabrın 15-dən 26-a qədər keçirilən sorğuda 1500-dən çox almanla müsahibə aparılıb və respondentlərin 73 faizi Almaniya hökumətinin İsrailə daha güclü diplomatik təzyiq göstərməli olduğunu bildirib. Almanların 60%-i ölkələrinin Holokosta görə İsrail qarşısında xüsusi məsuliyyət daşıması fikrini rədd edib, yalnız 38%-i bu ənənəvi mövqeyi dəstəkləyib.
Artan ictimai təzyiqə görə Almaniya kansleri Fridrix Merz avqust ayında İsrailə silah ixracına məhdudiyyətlər qoyub, lakin bu məhdudiyyətlər 24 noyabr 2025-ci ildə aradan qaldırılıb.
Sorğuda həmçinin məlum olub ki, almanların 73 faizi ABŞ ilə münasibətləri "pis" kimi qiymətləndirib və bu ölkəni artıq özlərinin ən mühüm tərəfdaşı kimi görmədiklərini bildiriblər.
Respondentlərin 46 faizi hazırda Fransanı mərkəzi xarici siyasət tərəfdaşı kimi görür.
Şəbnəm Mehdizadə