- 15:28
Avstraliyada "Bir Millət" Partiyasının lideri, senator Pauline Hanson burka geyinərək Senatda etiraz aksiyası keçirdiyi üçün yeddi iclasdan kənarlaşdırılıb.
E-huquq.az xəbər verir ki, Hanson burka və üz örtüyünün qadağan olunması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasına icazə verilmədiyi üçün Senat iclasına burka geyinərək qatılıb. Onun bu addımı Senat üzvlərinin narazılığına səbəb olub.
Avstraliyanın Xarici İşlər naziri və Senatın lideri Penny Vonq Hansonun davranışını tənqid edib və onun Senatın yeddi iclasında iştirakdan uzaqlaşdırılması təklifini səsverməyə çıxarıb. Təklif 55 səslə qəbul edilib.
Qətnamədə Hansonun burka geyinməsi müsəlman avstraliyalılara hörmətsizlik kimi qiymətləndirilib.
Penny Vonqun sözlərinə görə, Hanson bu addımla təxminən 1 milyon müsəlman avstraliyalını və ölkənin ikinci ən böyük dini inancını hədəf alıb. O, ilk çıxışında Avstraliyanın asiyalılar tərəfindən işğal edildiyini demişdi, indi isə müsəlmanları hədəfə alır.
Şəbnəm Mehdizadə