Qəzzada İsrail ordusuna məxsus sursatların partlaması nəticəsində iki fələstinli ölüb


  • 14:20

Qəzzada İsrail ordusuna məxsus sursatların partlaması nəticəsində iki fələstinli həyatını itirib.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mülki Müdafiə Təşkilatı (CDO) partlayışın uşaqların yaşayış binasında qalan sursatlarla oynaması nəticəsində baş verdiyini açıqlayıb.

Əhaliyə partlamamış hərbi sursatların yaratdığı təhlükə barədə xəbərdarlıq edilib.

Qəzza hökumətinin Media Ofisinin məlumatına görə, İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində mülki əhalinin həyatını təhlükəyə atan 20 min partlamamış sursatı qalıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər