Filippində 5,7 bal gücündə zəlzələ oldu


  • 15:28

Filippin sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 105 min əhalisi olan Mati şəhərindən (Mindanao adası) 66 km cənub-şərqdə yerləşib.

Təkanların ocağı 72 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi bildirilməyib.

Humay Eminqızı

Oxşar xəbərlər