Zelenskinin ABŞ-yə səfəri gözlənilir


  • 15:36

Ukrayna Prezidenti Vladimir Zelenskinin “sülh planı”nı müzakirə etmək üçün ABŞ-yə səfərinin noyabr ayının ən yaxın tarixində baş tutmasını istənilir.

E-huquq.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib.

“Biz Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Cenevrədəki məhsuldar və konstruktiv görüşləri, eləcə də prezident Trampın müharibəyə son qoymaq üçün davamlı səylərini yüksək qiymətləndiririk”, - Umerov bildirib.

Onun sözlərinə görə, Ukrayna və ABŞ nümayəndə heyətləri Cenevrədə müzakirə olunan razılaşmanın əsas şərtləri barədə ümumi anlaşmaya gəliblər.

Bildirilib ki, Ukrayna gələcək addımlarda avropalı tərəfdaşlarının dəstəyinə ümid edir.

“Biz Ukrayna Prezidentinin ABŞ-yə səfərinin noyabr ayının ən yaxın mümkün tarixində təşkil olunmasını gözləyirik ki, son mərhələlər başa çatsın və Prezident Tramp ilə razılaşma əldə edilsin”, - Umerov bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər