- 16:58
Tehranda havanın çirklənməsində motosikletlərin payı 22 faizdir.
E-huquq.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran Bələdiyyə Şurasının sədri Mehdi Çəmran məlumat verib.
Onun sözlərinə görə, bu nəqliyyat vasitələrinin elektrikləşdirilməsi həm hava çirkliliyinin azaldılmasına, həm də təhlükəsizliyin artırılmasına töhfə verə bilər.
Qeyd edək ki. cari ilin aprel ayında İranın Baş Təhlükəsizlik İdarəsinin Trafik Koordinasiyası İdarəsinin rəis müavini Məhəmməd Baqer Səlimi Tehranda 4 milyondan çox motosiklet mövcud olduğunu və onların 92 faizinin köhnə modellər olduğunu açıqlayıb.
Havanın çirklənmə səbəbilə əlaqədar olaraq Tehranda dərslər bu gün və sabah distant formada keçiriləcək.
Şəbnəm Mehdizadə