BMT: Orta hesabla hər on dəqiqədən bir dünyada bir qadın öldürülür


  • 20:20

Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günündə Birləşmiş Millətlər Təşkilatı statistikanı açıqlayıb.

E-huquq.azz “Reuters” agentliyinə istinadən xəbər verir ki, ötən il 80 mindən çox qadın femisidin qurbanı olub, onların əksəriyyəti partnyor münasibətləri çərçivəsində olub.

BMT-nin hesablamalarına görə, təxminən hər on dəqiqədən bir dünyada bir qadın və ya qız müəyyən münasibətlər zəminində və ya ailədə zorakılığın qurbanı olur. BMT-nin Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günündə yaydığı məlumata görə, ötən il dünyada təxminən 83 min qadın qəsdən öldürülüb və halların təxminən 60 faizində cinayətkar ailə üzvü və ya partnyor olub.

“BMT-qadınlar” təşkilatının siyasət məsələlər üzrə direktoru Sara Hendriks bildirib ki, femisid çox vaxt “zorakılığın davamlılığı”nın bir hissəsidir. Bu, onlayn rejim də daxil olmaqla, nəzarət, təhdid və təqiblə başlayır. Hər bir qadın və qızın həyatda təhlükəsizlik hüququ var. Dövlətlər bu qətllərin qarşısını almaq və cinayətkarları məsuliyyətə cəlb etmək üçün daha aktiv tədbirlər görməlidirlər.

Bu məlumatlar 117 ölkədən əldə edilən məlumatlara əsaslanır. BMT-nin statistikasına görə, femisidlər xüsusilə Afrika ölkələrində yayılıb. Daha sonra Cənubi və Şimali Amerika yer alır. Femisidlər Asiyanın və Avropanın bir çox ölkəsində hələ baş versə də, onların sayı əhaliyə nisbətdə xeyli azdır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son araşdırması göstərib ki, dünya üzrə qadınların 30 faizindən çoxu həyatlarının müəyyən bir mərhələsində zorakılığa məruz qalıb. ÜST qurbanların sayını 840 milyon olaraq qiymətləndirir. Lakin araşdırmaya görə, problemin əsl miqyası, çox güman, daha böyükdür, çünki bir çox qurbanlar öz fikirlərini açıq bildirməkdən qorxurlar.

Oxşar xəbərlər