Vens və Rubio Ukrayna ilə bağlı aralarında fikir ayrılığı olduğuna dair şayiələrə cavab veriblər


  • 08:57

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı müxtəlif mövqelərə görə onunla vitse-prezident Cey Di Vens arasında fikir ayrılığı olduğu barədə məlumatı təkzib edib.

E-huquq.az-ın məlumatına görə, Rubio bu barədə "X" sosial şəbəkəsində açıqlama yayıb.

Həmkarlar arasında ixtilaf barədə xəbəri NBC telekanalı yayıb. Məlumatda deyilirdi ki, vitse-prezident Kiyevə təzyiqin artırılmasını, Rubio isə Moskvaya təzyiqin gücləndirilməsini zəruri hesab edir.

Dövlət katibi məqaləni uydurma adlandırıb. "Bu dərc edilən material Ukraynadakı müharibənin necə bitirilməsi ilə bağlı Tramp administrasiyasında guya fikir ayrılığı olduğuna dair tamamilə saxta xəbərlərin uzun silsiləsindən sadəcə daha bir nümunədir", – deyə o yazıb.

Vens Rubionun sözlərini dəstəkləyərək medianı Trampın planlarını pozmaq məqsədilə yalan yaymaqda ittiham edib.

Oxşar xəbərlər