- 11:21
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 14 nəfər saxlanılıb.
Onlar terror təşkilatı adından hücumlar həyata keçirmək üçün partlayıcı maddələr əldə etmək, həmçinin münaqişə zonaları ilə bağlı fəaliyyətlər həyata keçirəndə şübhəli bilinib.
Təqsirləndirilənlərin yaşadığı ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar, sənədsiz silah və 90 güllə ələ keçirilib.
Humay Eminqızı