Senat ABŞ-nin İsrailə hərbi yardımı dayandırmasını tələb edib


  • 11:21

ABŞ senatoru Berni Sanders ABŞ-nin İsrailə hərbi yardımı dayandırmasını tələb edib.

E-huquq.az xəbər verir ki, senat bu barədə sosial media hesabındakı paylaşımında bildirib.

Sanders paylaşımında İsrailin 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 1000-dən çox fələstinlini öldürdüyünə diqqət çəkib. İsrailin bölgəyə hər gün hücumlar təşkil etdiyini qeyd edən Sanders, İsrailin baş naziri Benyamin Netanyahu və müttəfiqlərinin məqsədinin zorla ilhaq olduğunu deyib.

O, ölkəsinin İsrailə hərbi yardımı dayandırmalı olduğunu da vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər