İndoneziyada daşqınlar səbəbindən 10 nəfər ölüb


  • 11:33

İndoneziyanın Sumatra adasında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində azı 10 nəfər həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, axtarış-xilasetmə qrupları Şimali Sumatraya bağlı Sibolqa şəhərində azı 5 nəfərin cəsədinin tapıldığını, 3 nəfərin yaralandığını və 4 nəfərin itkin olduğunu açıqlayıblar.

Orta Tapanuli bölgəsində torpaq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib, güclü yağışların səbəb olduğu sel təxminən 2 min binanı su altında qoyub.

Cənubi Tapanulidə isə 1 nəfər həyatını itirib və 470 ev su altında qalıb.

Rəsmilər bölgə sakinlərini yüksək risk altında olan əraziləri dərhal tərk etməyə çağırıblar.

Humay Eminqızı

Oxşar xəbərlər