ABŞ-də yüzlərlə hinduşka oğurlanıb


  • 11:32

ABŞ-nin Kaliforniya ştatında qəribə oğurluq hadisəsi baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 27-də qeyd ediləcək Şükran Günü ərəfəsində yüzlərlə dondurulmuş hinduşkanın olduğu yük maşını oğurlanıb.

Polis ərazidə axtarış aparsa da, avtomobili tapmaq mümkün olmayıb.

"U.R. Important" xeyriyyə təşkilatının qurucusu Alekxa Oliver bildirib ki, yük maşınında Şükran günündə yardım məqsədilə paylanılması nəzərdə tutulan hinduşkalar olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər