- 12:01
Ötən il Böyük Britaniyada sosial xidmətlərin himayəsində olan 2400-dən çox uşaq itkin düşüb.
E-huquq.az Xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə insan alverinə məruz qalmış və ya təkbaşına sığınacaq üçün ölkəyə gəlmiş uşaqlar arasında itkin düşmə halları yüksəkdir.
Xeyriyyə təşkilatları bildirir ki, bu uşaqlar cinsi istismar, cinayət şəbəkələri tərəfindən istismar və digər təhlükələrə məruz qalırlar. ECPAT UK və Missing People tərəfindən hazırlanan hesabat yerli hakimiyyət orqanlarının məlumatlarına əsaslanır.
2024-cü ildə insan alveri qurbanı olduğu müəyyən edilən və ya şübhə doğuran 2638 uşağın 864-ü itkin düşüb. Bu, ümumilikdə 37 faizdir. Həmin il sosial xidmətlərin müşayiət etmədiyi 1501 uşaq da yoxa çıxıb ki, bu da əvvəlki illə müqayisədə artım deməkdir.
Missing People təşkilatının üzvü Jane Hunter bildirir ki, insan alveri qurbanı olan və nəzarətsiz qalan uşaqlar sürətlə yoxa çıxır və təhlükəsizlik mexanizmləri effektiv işləmir. O, mənzil şəraitinin yaxşılaşdırılması və insan alveri qurbanlarının müəyyən edilməsi prosesinə dair məlumatlılığın artırılmasını vacib sayır.
ECPAT UK-nin siyasət direktoru Laura Duran vurğulayıb ki, bu uşaqların çoxu ağır travma yaşayır və itkin düşdükdə yenidən istismar olunma riski çox yüksəkdir:
Hesabatda həmçinin miqrasiya statusu ilə bağlı qeyri-müəyyənlik və sərt siyasətlərin psixoloji təzyiq yaratdığı qeyd olunur. Bəzi yerli orqanların məlumat təqdim etməməsi isə real rəqəmlərin daha yüksək ola biləcəyini göstərir.
Şəbnəm Mehdizadə