Britaniya ordusunda təlim zamanı 30 əsgər zədə alıb


  • 12:01

Böyük Britaniyada keçirilən hərbi təlim zamanı Ajax tipli zirehli texnikanın yaratdığı səs-küy və vibrasiya səbəbindən təxminən 30 əsgər sağlamlıq problemləri yaşayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlim dərhal dayandırılıb, əsgərlər tibbi müayinədən keçirilib.

Onların çoxu xidmətə qayıtsa da, bəzilərinin müalicəsi davam edir. Ajax texnikasından istifadəyə iki həftəlik ara verilib.

Texniki yoxlamalar isə məhdud şəkildə davam etdiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər