- 12:33
İngiltərənin miqrantlar nəzərdə tutulan təcridxanalarında miqrantlar müntəzəm olaraq qandallanır və bəzən saatlarla bu vəziyyətdə saxlanılır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Müstəqil Monitorinq Şurasının (IMB) yeni hesabatında yer alır.
Sənəddə miqrantlara qarşı güc tətbiqinin geniş yayıldığı və hüquqi normalara çox vaxt əməl edilməməsi vurğulanır.
Hesabata görə, 70 yaşlı kişi xəstəxana müayinəsi zamanı əsassız olaraq qandallanıb, başqa bir miqrant isə bilək, bel, omba və ayaq biləyi üçün qoruyucu vasitələrlə dörd saatdan çox müddətə tutulub. Hadisələr zamanı tibb qruplarının gec məlumatlandırıldığı da qeyd olunur.
Brook House mərkəzində intihar etmək istəyən bir şəxs deportasiya zamanı alçaldıcı şəkildə - belindən aşağı çılpaq halda təyyarəyə aparılıb. Həmçinin məmurun miqrantı zədələməklə hədələdiyi bildirilir.
IMB prezidenti Elisabeth Davies bildirib ki, gücün tətbiqi zəruri, mütənasib və əsaslandırılmış olmalıdır, lakin təcridxanalarda qandallama adi hal alıb, nəzarət zəifdir və insan ləyaqəti nəzərə alınmır.
Brook House təhqiqatına rəhbərlik edən Kate Eves eyni problemlərin davam etməsini dərin narahatlıq doğuran hal kimi qiymətləndiriib.
Daxili İşlər Nazirliyi isə yaxınlarda qeyri-qanuni miqrasiya ilə mübarizə üçün geniş islahatların elan edildiyini xatırladaraq, hesabatın nəticələrinin nəzərdən keçiriləcəyini bildirib.
Şəbnəm Mehdizadə