İstanbulda yanacaqdoldurma məntəqəsində avtomobil partlayıb


  • 12:33

Türkiyənin İstanbul şəhərində yanacaqdoldurma məntəqəsində elektriklə işləyən avtomobildə partlayış baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gecə Səadətdərə məhəlləsində E-5 dolama yolundakı yanacaqdoldurma məntəqəsində baş verib.

Elektrik şəbəkəsinə qoşulan avtomobil naməlum səbəbdən alovlanıb və partlayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüblər.

Partlayışdan sonra avtomobil yararsız vəziyyətə düşüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər