Türkiyədə yeni tikintidə çökmə baş verib, sakinlər təxliyə edilib


  • 12:37

Türkiyənin Bartın şəhərində bina tikintisi zamanı çökmə baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Bartının Amasra rayonunda gecə saatlarında baş verib.

Hadisədən sonra əraziyə AFAD qrupları, yanğınsöndürənlər və tibb qrupları göndərilib.

Çökmə sahəsinə bitişik 20 mərtəbəli yaşayış binasında yaşayan 32 nəfər təxliyə edilib.

Araşdırmalar zamanı süxur kütləsinin qopduğu müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər