- 12:53
İranın 18 əyalətində distant təhsilə keçilib
E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, havanın çirklənməsi və qrip epidemiyası səbəbindən bu gün İranın 18 vilayətində orta və ali təhsil ocaqlarında dərslər distant formada keçirilir.
Belə ki, Paytaxt Tehran, Əl-Borz, Qum, Qərbi və Şərqi Azərbaycan, Mərkəzi, Qəzvin, Semnan və İsfahanda hava çirkliliyi səbəbindən uzaqdan təhsil alır, Həmədan, Qeylan, Yəzd, Kirman, Sistan-Bəlucistan, Cənubi və Şimali Xorasan, Xorasan ər-Rəzəvi və Zəncanak əyalətlərində tələbələr və şagirdlər məktəbə və universitetə gedə bilmirlər.
IQAir hava monitorinq şirkətinin məlumatına görə, Tehran hazırda havanın çirklənməsinə görə dünyada üçüncü yerdədir.
Şəbnəm Mehdizadə