- 16:17
Braziliya Ali Məhkəməsi sabiq prezident Jair Bolsonaronun 27 il 3 ay həbs cəzasını təsdiqləyib və cəzanın icrasına qərar verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Aleksandre de Moraes bildirib ki, iş üzrə bütün hüquqi prosedurlar tamamlanıb.
Hakim Bolsonaronun ev dustaqlığında cəzasını çəkməsi ilə bağlı müraciətini rədd edib.
Hakim həmçinin bildirib ki, 2022-ci il seçkilərindən sonra çevriliş planladığı üçün 27 il 3 ay həbs cəzasına məhkum olunan Bolsonaro haqqında hökm icraya yönəldilib. Onun səhhətindəki pisləşməni nəzərə alan hakim, tam tibbi nəzarətin təmin olunması barədə də göstəriş verib.
2019-2023-cü illərdə prezident olan 70 yaşlı Bolsonaro, polis bölməsindəki 12 kvadratmetrlik xüsusi otaqda saxlanılacaq.
Məlumata əsasən, Bolsonaro şənbə günü ayağındakı izləmə cihazını çıxarmağa çalışdıqdan sonra həmin yerə köçürülüb.
Şəbnəm Mehdizadə