- 17:07
Rusiya Prezidentinin Bişkekə dövlət səfəri zamanı Rusiya və Qırğızıstan tərəfləri arasında 7 sənəd imzalanıb.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, Vladimir Putin və Sadır Japarov müttəfiqlik və strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında birgə bəyanat da imzalayıblar.
İmzalanmış sənədlərə Rusiya və Qırğızıstan arasında hərbi-texniki əməkdaşlıq, sanitariya-epidemioloji rifah, daxili işlər və miqrasiya sahəsində əməkdaşlıq, eləcə də Qırğız-Rusiya Slavyan Universitetinin kampusunun tikintisi ilə bağlı sənədlər daxildir.
Bundan başqa, Rusiya və Qırğızıstanın səhiyyə nazirlikləri arasında kardiologiya sahəsində Anlaşma Memorandumu imzalanıb. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi də strateji planlaşdırma üzrə Anlaşma Memorandumu imzalayıb. İmzalanan digər sənəd Rusiya Poçtu ilə Qırğızıstan Poçtu arasında Niyyət Sazişi olub.
Humay Eminqızı