Məzmuna keç

Honq Konqda yanğın nəticəsində ölənlərin sayı 36 nəfərə çatdı –

Honq Konqda Tay Po yaşayış kompleksində yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb, 29 nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, daha 279 nəfər itkin düşmüş sayılır.

Uels Şahzadəsi Xəstəxanasına yerləşdirilən 29 nəfərdən yeddisinin vəziyyəti ağırdır.

Çin Sədri Si Cinpin axşam bəyanatında ölənlərin ailələrinə başsağlığı verib.

***

20:56

Honq Konqun şimalındakı Tai Po rayonunda yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, onlarla insan yaralanıb.

E-huquq.az xəbər verir ki, yanğınsöndürənlər alovu nəzarət altına almaqda çətinliklərlə üzləşirlər.

Yanğının başladığı "Wang Fuk Court" yaşayış kompleksi səkkiz korpusda yerləşən 2 min mənzildən ibarətdir.

***

16:54

Honq-Konqda hündürmərtəbəli yaşayış kompleksində yanğın davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 12 nəfərin öldüyü bildirilib.

Alovu söndürməyə çalışarkən bəzi yanğınsöndürənlər də yaralanıb.

Lakin yaralıların dəqiq sayı məlum deyil.

Yanğınsöndürmə idarəsinə ilk çağırış yerli vaxtla saat 14:51-də edilib.

Yanğından sonra Tai Po şossesinin bir hissəsi nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb, avtobus xətləri təhlükəsizlik məqsədilə müxtəlif istiqamətlərə yönəldilib.

Sözügedən yaşayış kompleksində təxminən 2000 mənzil var.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Şəbnəm Mehdizadə